Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının sahibsiz itlər problemi: ya güllələnsin, ya da...

Bir çoxları problemin yalnız bir yolu olduğunu düşünür, ancaq buna qarşı olanlar da var


Küçə itləri mövzusu yenə də gündəmdədir. Müəyyən bir müddət həyəcan siqnalı çalınıb tədbirlər həyata keçirilsə də, görünən odur ki, bu, yetərli deyil. İstənilən küçədə, binaların önündə, uşaqların oynadığı parklarda küçə itlərinə rast gəlmək mümkündür. Bu itlər tək-tək yox, sanki 3-4-lü dəstə halında gəzirlər. Elə bu günlərdə paytaxtın Səbayel rayonu ərazisində xidmət vaxtı polis müstəntiqinə eyni anda bir neçə küçə iti hücum edib və itlərdən biri onun sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb. Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

Bir çox insanlar bu cür itlərin yığışdırılmasının yalnız bir yolu olduğunu düşünür, o da onları güllələmək. Ancaq buna qarşı olanlar da kifayət qədərdir. Qeyd edək ki, əksər ölkələrdə, o cümlədən də Türkiyədə bu cür itlər öldürülmür, bələdiyyələr tərəfindən yığışdırılır. Onlar əvvəlcədən təyin edilmiş müəyyən yerlərə gətirilərək müayinə edilir, vaksinasiya olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçünsə onların qulaqlarına xüsusi sırğa (“birka”) taxılır. Amma bir məqam da var ki, küçədə qarşımıza çıxan hər it quduz olmaya da bilər. Bəs qarşılaşdığımız itin quduz olub olmadığını necə təxmin edə bilərik?

Mütəxəssislər bunu təxmin etməyin bir neçə yolu olduğunu bildirirlər. Əgər itin sahibi varsa və mütəmadi olaraq peyvəndi vurulursa, qorxmaq lazım deyil. Amma heyvanın ağzında su axırsa və sahibi bəlli deyilsə, o zaman lazımlı tədbirlər görülməlidir. Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür. Əgər quduz heyvan insanı dişləyibsə, bu da insanda üç mərhələ şəklində davam edir. Əvvəlcə xəstəliyin gizli dövrü başlanır və bu 10 gündən 3 aya qədər davam edə bilir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2 - 37,5 dərəcəyə qalxır. Halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq, ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq, udlaq və qırtlaq əzələlərində spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür. Mütəxəssislər həkim gələnə qədər ilkin tibbi yardım olaraq itin dişlədiyi yeri sabunla dəfələrlə yumağı tövsiyə edirlər. İnsanlara vurulan quduzluq əleyhinə olan vaksinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla bunu it dişləyən gün, 9 və 23-cü günlərdə vurdurmaq lazım olduğunu dedi: “Quduzluğun heyvanlarda da, insanlarda da müəyyən gizli bir dövrü olur. Əgər insanı it dişləyibsə, onun aqressiv olması daha çox quduzluqla bağlıdır. Təcrübə göstərir ki, insanlara hücum edən itlərin bir hissəsi quduz olur. Ona görə də əgər belə bir hal varsa, o itlər mümkün qədər müşahidə altında saxlanılmalıdır. Sahibsiz itləri bəzən saxlamaq olmur, onlar qaçıb gedirlər. Amma istənilən halda quduzluq əleyhinə vaksin vurulmalıdır. Vaksin aktiv immunizasiyadır. Quduzluq virusu immuniteti həddən artıq zəiflətmiş virusdur və bədənə yeridikdən sonra bədəndə əks cisimlər əmələ gətirir. İt dişləyən şəxslər sxem üzrə ilk gün, sonra 9-cu və 21-ci gün quduzluq əleyhinə vaksin olunur ki, birdən bu xəstəlik inkişaf edərsə, qarşısı alına bilsin. Çünki artıq proses müəyyən mərhələyə çatandan sonra heç bir müalicənin xeyri olmur. Ona görə bu çox vacibdir. Bütün təsadüfi heyvan dişləmələri, it, hətta pişik dişləməsi belə varsa, mütləq quduzluq virusu əleyhinə vaksin vurulmalıdır. Bu vaksin xəstəxanaların çoxunda olur. Xəstə xəstəxanaya müraciət etməlidir. Əgər xəstənin müraciət etdiyi xəstəxanada həmin vaksin olmasa, xəstəxana onu lazımı yerə yönləndirir. Çünki bu vaksin mütləq vurulmalıdır. Bu, insanın həyatını xilas etmək üçün daha vacibdir. Təcrübə göstərir ki, bəzən etinasızlıq olunur və  xəstəlik inkişaf edəndə artıq gec olur”.

Quduzluq əleyhinə vaksinin özündə də bir faiz xəstələnmə hallarının mümkün olduğunu deyən A. Qeybulla bu virusun özünü zəiflədilmiş formada  bədənə yeridildiyini, həmin virusun isə zəif orqanizmdə baş qaldıra bilmə ehtimalının olduğunu dedi.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar