Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının qurtuluş planı

Hər dəfə Bakıya yağış yağanda küçələr su altında qalır, zəhmətkeşlərimiz donquldanır, hökumət isə “illik normadan artıq yağdı, nə edə bilərik” deyir. Belə görünür ki, bu prosesin sonu olmayacaqdır


Yağış kimi romantik təbiət hadisəsi bizdə qıcıq oyadırsa, pis təbiət hadisəsi olsa nə edərik? Yaxşı ki, olmur. Bir dəfə yazmışam, yenə təkrar edirəm: bizim bəxtimiz gətirib, mülayim iqlim qurşağında yaşayırıq, Azərbaycanın coğrafi mövqeyi başqa cəhətlərdən də idealdır, yoxsa çoxdan məhv olardıq. 

Sözümün canı nədir? Bəzən deyirlər bəsdir hökuməti tənqid elədiniz, təklif verin. Düzü, təklif vermək mənim vəzifəm deyil, ancaq indiki halda Bakımızın inkişafı naminə 2 səmərəli təklif irəli sürmək istərdim. (İndi yazanda fikir verdim, “Bakımız” sözü “bakımız” kimi də oxunur, yanacaq mənbəyi olaraq paytaxtımızı tam ifadə edir). 
Birincisi, küçələri su basanda zəhmətkeşlər çaşırlar, bilmirlər kimi söysünlər. Biri şəhər icra hakimiyyətini söyür, başqası kanalizasiya idarəsini, ayrısı Nəqliyyat Nazirliyini... Hətta Artur müəllimə irad tutan insafsızlar var, guya baş nazir gəlib bunu sudan çıxartmalıdır. Halbuki, Artur müəllim yağış yağanda heç çətirini özü aça bilmir. Vəziyyət yaş olanda zəhmətkeşlərimiz də söhbəti yaş eləyirlər. Son selləmədə bir nəfərin Mədəniyyət Nazirliyinə irad tutduğunu eşitdim. Deyir manıslara çox pul veriblər, onlar yağış haqda həddən artıq mahnı oxuyublar, nəticəsi də budur... Bütün bunları nəzərə alaraq yağış zamanı vahid pəncərə sisteminə keçilməsinin vaxtıdır. Qoy zəhmətkeşlərimiz bir ünvana söysünlər. Bu məqsədlə respublikanın əsas şəhər və kəndlərində “YAĞAN-Xidmət” mərkəzləri yaradılmalıdır. Elə ki küçəni su basdı, tıxacda qaldın, nə bilim, şalvar yaş oldu, ünvansız, o cümlədən yanlış ünvanlara donquldanmağın mənası yoxdur. Gedirsən “YAĞAN-xidmət” mərkəzinə, orda oturanları qəşəng söyüb qayıdırsan. Yaxşı olar YAĞAN-xidmət üçün səyyar avtobuslar, daha doğrusu, qayıqlar ayrılsın, onlar idarədən uzaq əraziləri su basanda üzüb həmin yerə getsinlər. Hər şey zəhmətkeşlərin rifahı üçün olmalıdır, bəs necə!

İkinci təklifim isə Bakımızın dünya şöhrətini artırmaq gücündədir. Bir çox dahiliklər kimi, bu təklif də olduqca sadədir, indi yazacağam, özünüz də başınıza vuracaqsınız ki, ay dadi-bidad, bu niyə bizim ağlımıza indiyə qədər gəlməyibdir. 

Demək, küçələri su basmağının səbəbləri həmin küçələrdə yağış suyunu aparacaq deşiklərin yoxluğu, o cümlədən kanalizasiya sisteminin güclü axına davam gətirmədiyi göstərilir. Yaxşı, inandıq. Ancaq bunlar nəticələrdir, səbəbi aradan qaldırmır. Mən təklif edirəm bizdə küçələr ümumiyyətlə asfalt olmasın! Ümumiyyətlə, küçə olmasın Bakıda! Bəs nə olsun? Kanal! Venesiyadakı kimi! Özü də bunun üçün xərc çəkməyə ehtiyac yoxdur. Onsuz da hər ay küçələri müxtəlif idarələr qazıq-quzuq edirlər. Yetər ki, onlar həmin qazdıqları yerləri sonra doldurmasınlar. Bir az yağış suyu, bir az Xəzərin suyu qalxıb bu kanalları gözəl şəkildə dolduracaq, Bakı olacaq kanallar şəhəri. Ondan sonra hərə bir qayıq alsın, mahnı oxuya-oxuya qondolalarda (burada mən şəhər rəhbərliyinin ünvanına söyüş yazmadım, bu, qayıq növüdür) dolaşaq, Bakımızın şöhrəti cahana bülənd olsun! Məncə ağlı başında olan paytaxt sakinləri bu gözəl təklifə qətiyyən etiraz eləməzlər. 

Bir az venesiyalılar inciyib deyə bilər ki, onların bazarına giririk, ancaq bu da boş söhbətdir. Tarix İnstitutumuzun şefi Yaqub müəllimin “Qulquli-peyda-tarixi-şeyda” traktatında elmi formada sübut edilib ki, əslində venesiyalılar qədim azərbaycanlılardır, eramızdan öncə Nuh tufanı baş verəndə Naxçıvanın Bənənyar kəndindən köçüb Avropaya gediblər. Toponimlərin bənzərliyi (“Bənənyar- Benensiya-Venesiya”) buradan irəli gəlir. 

İndi söz əlaqədar təşkilatlarındır.(musavat.com)

Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar