Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının orta məktəblərinə yeni direktorların təyinatı gözlənilir


Bakı şəhərindəki orta məktəblərə yeni direktorların təyinatı gözlənilir


Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən il Bakının orta məktəblərinin 15 direktoru yeni təlimdən keçmiş və müvafiq imtahan vermiş direktorla əvəz edilib. Bu il bu sayın 2-3 dəfə artırılması planlaşdırılır.

İ.Nağıyev əlavə edib ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrları üçün müvafiq təlimlər keçirilir. Lakin bu təlimlərdə iştirak üçün müsabiqə şərtləri də çətindir. Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən edilir. Bu təlimlərdə namizədlər 5-6 ay ərzində tədrisdən əlavə, müvafıq idarəetmə bilik və bacarıqları- büdcə planlaşdırılması, maliyyə, statiska sahələrini də öyrənirlər. Serifikat aldıqdan sonra Təhsil Nazirliyindəki müvafiq komissiya yenidən onların bilik və bacarığını yoxlayır. Çünki təlimlər ali məktəblərin bazalarında aparılır, onların sertifikatları təyinatın aparılması üçün hələ yetərli deyil. Ona görə də nazirliyin müvafiq komissiyası onları bir daha yoxlayır, ondan sonra artıq təyinat aparılır”.

Xatırladaq ki, hazırda təlimlər Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edir. Bakı şəhərində təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanda iştirak edir, imtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunur. “Uğur sertifikatı” əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunur. Gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar