Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlandı


“Formula 1″ Azərbaycan “Qran-prisi” ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, “Formula 1″ yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

V. Əsədov həmçinin qeyd edib ki, Bakı-Salyan yolunun 14-cü km-dən, Su Hövzəsi Kompleksindən, Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi bu gündən nəqliyyatın hərəkəti üçün bağlıdır.

Cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan şəhər istiqamətə hərəkət etmələri tövsiyə edilir.

V. Əsədov bildirib ki, yarışların keçirildiyi ərazi 3 zonaya bölünüb. Həmin zonalarda yaşayan şəxslərin avtomobillərinə xüsusi buraxılış və fərqlənmə nişanları veriləcək.

Qeyd edək ki, yarışlar iyunun 23-25-də keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar