Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mənzil bazarında vəziyyət necədir?


2017-ci ilin I rübü ərzində Bakı şəhərində təkrar yaşayış mənzil bazarı üzrə 13 layihədə ümumi olaraq 7 390 ədəd mənzil satışa təklif olunub


Bu da öz növbəsində, ötən ilin sonuncu rübü ilə müqayisədə 4.41% azdır.

Virtualaz.org xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, ekonom-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1.78% artaraq 5320 ədəd təşkil edib ki, bu da öz növbəsində ümumi təklif portfelinin 72%-i deməkdir.

Keçən rübdə komfort-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə isbətən 0.76% azalaraq 1551 ədəd, biznes-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1% azalaraq 519 ədəd, təkrar yaşayış mənzil bazarında sırf yaşayış məqsədi ilə alınan mənzillərin sayı ötən rüblə müqayisədə 0.6% artaraq 86.4% təşkil edib.

Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, ümumi təklif payında üçotaqlı mənzillər daha çox üstünlük təşkil edir-30.48% . Növbəti yerləri isə müvafiq olaraq 2, 4, 1 və çox otaqlı mənzillər tutur.

Cari ilin I rübündə təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi Nəsimi rayonunun payına düşüb - 26%. Təklif edilən mənzillərin əksər hissəsi isə Xətai rayonunda satılıb- 15.82%.

Ötən rüb ərzində daşınmaz əmlak bazarında aktivlik nisbətən artdığından təkrar yaşayış mənzilləri üzrə baş tutmuş alqı-satqı əqdlərinin sayında keçən ilin son rübü ilə müqayisədə 2.45% artım qeydə alınıb. Bununla belə, təkrar yaşayış mənzil bazarında Bakı şəhəri üzrə baş tutumuş əqdlərin 86.4%-i sırf yaşamaq məqsədi ilə, digər 13.6%-i isə kirayə və ya digər məqsədlər üçün alınıb. Baş tutmuş alqı-satqı əqdlərinin böyük payı ekonom sinfi üzərinə düşür- 74.6%. Komfort və biznes siniflərinin üzərinə düşən pay isə müvafiq olaraq 19.1% və 6.3% təşkil edib.

Alıcıların maraq göstərdikləri mənzil sahələri isə aşağıdakı kimi formalaşıb:

• Ekonom sinif: 45-70 kv.m

• Komfort sinif: 70-100 kv.m

• Biznes sinif: 100-170 kv.m

Hesabatda qeyd edilib ki, cari rübdə daha çox 2 otaqlı evlər satılıb. Son rüb üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ötən ilin IV rübü ilə müqayisədə 4% azalaraq, 1030 $/кv.m (1750 AZN/кv.m) bəndində qərarlaşıb. O cümlədən:

• Ekonom sinif – 818 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə↓-2,3% azalıb)

• Komfort sinif – 1417 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+0,35% artıb)

• Biznes sinif – 2231 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+1,38% artıb)

Ötən rüb ərzində təkrar yaşayış mənzil bazarında otaqlar üzrə orta təklif qiyməti hər kv.m.-ə görə azalma daha çox 2 otaqlı mənzillərdə müşahidə edilib -5.3%. Mənzillər üzrə qiymətlərə gəldikdə isə bu seqment üzrə azalma daha çox 4 otaqlı mənzillərin payına düşüb, təklif qiyməti 0.66% azalaraq 160 430 $ təşkil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar