Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının daha bir küçəsi təmir olunur

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsi uzun müddətdir ki, təmir olunmadığı üçün avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində çətinliklər yaranırdı


Artıq bu problemin aradan qaldırılması istiqamətində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb.

ASC-dən verilən məlumata görə, uzunluğu 3.7 km (1.85 km x 2), eni isə 27,5 metr olan küçədə təmir-tikinti işlərinə start verilib. Küçə hər bir istiqamətə 2 olmaqla, 4 hərəkət zolağından ibarətdir.Təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min kv.m-dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.

Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır. Bir sözlə, Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malik küçələrdən biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar