Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının 7 rayonunda köhnə binalar sökülür

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötür


Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və Bakı şəhərində həyata keçirilən bu böyükmiqyaslı yenidənqurma işləri çərçivəsində hansı addımlar atılıb?

PİA.AZ xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 3 rayondan başqa, digər rayonlarda obyektlər tikilir: "Qaradağ, Binəqədi, Sabunçu rayonlarından başqa, qalan 9 rayon bizə məlumat göndərir. Yəni ərazilərin baş planları bizimlə razılaşdırılır. Bu rayonlardan məlumatımız olsa da, qeyd edilən digər 3 rayonla bağlı hər hansı informasiyamız yoxdur. Çünki Nazirlər Kabinetinin 86 nömrəli qərarı ilə yalnız 9 rayon bizə həvalə edilib.

Hazırda 9 rayon üzrə 44 obyekt tikilir. Lakin Xəzər, Pirallahı rayonunda hələ ki pilot layihələrə başlanılmayıb. Həmin ərazi uzaq məsafədə yerləşdiyi və orada investor olmadığı üçün tikinti yoxdur. Qalan 7 rayonda isə qeyd edildiyi kimi, işlər davam edir".

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar