Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakını “ölüm üzlüyü“nə bürüyən şirkət avropalıları da aldadıb


Bakının Binəqədi rayonunda 16 mərtəbəli binanın yanmasına və 15 nəfərin həlak olmasına səbəb olmuş üzlükləri istehsal edən “Global Stone” MMC şirkətinin təhlükəli üzlüklərə sertifikatları necə alması istintaq və media tərəfindən araşdırılır


Şirkət istehsal etdiyi poliuretan məmulatlarının təhlükəsizliyinə zəmanət verən sertifikatlardan birini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 2012-ci ildə alıb. 2013-cü ildə həmin sertifikatın müddəti başa çatıb. Komitənin yenisini verdiyi barədə məlumat yoxdur.

Eləcə də “Global Stone” MMC tikinti materiallarının təhlükəsizliyinə zəmanət verən və FHN-in nəzdində fəaliyyət göstərən İnstitutdan poliuretan üzlüklərin təhlükəsiz olduğuna dair zəmanət alıb.

Həmçinin məlum olub ki, şirkətin yalançı sertifikatları bununla bitmir. “Global Stone” 2012-ci ildə Avstriyanın “TÜV Austria” şirkətindən istehsal etdiyi poliuretan məmulatlarına CE sertifikatı alıb.

Bu sertifikatı Bakıda “TÜV Austira” ofisinin departament müdiri Stefan Vallner və həmin şirkətin Türkiyə təmsilçiliyinin baş direktoru Cihan Önder təqdim ediblər.

Onlar “Global Stone” şirkətinin istehsal sahələri ilə tanış olduqdan sonra üzlüklərin Avropa standartlarına cavab verdiyini göstərən sertifikatı veriblər.

CE sertifikatı bu xüsusi işarənin vurulduğu mal və məhsulların Avropa İttifaqının (Aİ) əsas direktivlərinə uyğun gəldiyini, məhsulun insan sağlamlığına və istehlakçıların təhlükəsizliyinə ziyan törətmədiyini təsdiqləyir. CE Avropa ölkələrində məhsulun insan sağlamlığına, təhlükəsizliyə, ətraf mühitə təhdid yaratmadığını təsdiq edən yeganə nişandır.

Lakin son vaxtlar Avropa ölkələrində CE nişanı daşıyan məhsullar arasında saxtalarının artması Aİ-ni xüsusi direktivlə çıxış etməyə və üzv ölkələri belə nişan daşıyan məhsulları yoxlamadan keçirməyə çağırmağa məcbur edib.

Belə görünür ki, “Global Stone” yanar üzlüklərə CE standartı alarkən ya “TÜV Austria” şirkəti ilə cinayətkar sövdələşməyə girib, ya da sertifikat almaq üçün normalara cavab verən məhsul nümunəsi təqdim edərək istehsalı öz bildiyi kimi aparıb.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar