Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakılı milyarder Moskvada həbs edildi


Azərbaycanlı oliqarx 32 600 manat rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.


Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsi biznesmen Roman Manaşirovun iki ay həbs olunması barədə qərar verib.

 Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu son iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edirdi.



Roman Manaşirov - həbs edilən milyarder

“Manaşirov və onun nümayəndələri biznesmenin ürəyində yaranmış problemlərə görə dəfələrlə təcili yardım çağırıb. Vəkillər biznesmenin səhhətində yaranmış problemlərə görə onun azad edilməsini xahiş ediblər”, - deyə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

Manaşirovu həbsdən xilas etməyə Dövlət dumasının deputatı İldar Samievin zəmanəti də kömək olmayıb. Parlament üzvü şəxsən İstintaq Komitəsinin binasına gedərək, müstəntiqlərə öz çoxdankı dostunu buraxmağı xahiş edib.

Rafailov haqqında "cinayətkar cəmiyyətin təşkilı" maddəsi ilə cinayət işi qaldırılıb. Onun firmasında yüzlərlə qeyri-leqal miqrant çalışıb. Bundan başqa Rafailovu müstəntiqlər qaçmış oliqarx Telman İsmayılovun ən yaxın köməkçisi kimi xatırlayırlar. İki milyon rublun verilməsi vaxtı Andrievskiy, Rubaşkin və Manaşirov saxlanılıb. Podpolkovnik Vladimir Andrievsk İK binasında dindirilmə zamanı qaçıb, amma onun həmkarı noyabrın 21-də həbs edilib.

Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar