Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan qaçan varlılar

Böhran Azərbaycanın restoran biznesinə ciddi təsir göstərib və sektorda ciddi geriləmə yaşanmaqdadır


Ans press-in paytaxt Bakı restoranlarında apardığı araşdırmadan məlum olub ki, keçən ilin eyni dövrü ilə müqayisədə müştəri sayında orta hesabla 30 faizə qədər azalma müşahidə edilir.

Bakının ictimai iaşə sektorunda fəaliyyət göstərən iş adamı Elvin Rəsul  müsahibəsində restoranlarda müştəri sayının azalmasını əhalinin gəlirlərinin azalması ilə bağlayır: “Devalvasiyaya baxmayaraq, keçən illə müqayisədə bizim qiymətlərdə heç bir dəyişiklik olmayıb.

 Amma müştəri sayında əməlli-başlı azalma var. Biz ailəvi restoran xidməti göstəririk. Yəni ailə başçıları öz həyat yoldaşları və övladları ilə istirahət üçün gəlirlər. Müştəri kontingentinin azalması üzrə araşdıma aparmışıq. Məlum olub ki, restorana gəlişi seyrələn ailələrin gəlirləri azalıb. Başçısı iş yerini itirmiş ailələr isə restorana gəlməyi dayandırıblar”.

Restoranların azalan müştəri sayı uyğun olaraq restoran işçilərinin sayının da azalmasına səbəb olub. Gəlirləri azalan bəzi restoranlar ümumiyyətlə bağlanır və bütün işçilərini çıxarırlar. Bu böhran nəticəsində işsiz qalanların sayını daha da artırır. İlin əvvəlindən bağlanan 30 min iş yerinin bir hissəsi də məhz restoran sektorunun payına düşür.
Halbuki, tam tərsinə ola bilərdi və dünyanın bir çox ölkələrdi olduğu kimi böhran dövründə məhz restoran biznesinin hesabına yeni iş yeri açıla bilərdi. Məsələn, Böyük Britaniyanın Uels əyalətini 2008-ci il böhranından xilas edən sektorlardan biri məhz ictimai-iaşə sahəsi olmuşdu. Ağır maşınqayırma, gəmiçilik və mədənçiliyin güclü olduğu əyalət böhran vaxtı restoran biznesini çiçəkləndirdi. Uels hökuməti buna turizmin genişləndirilməsi hesabına nail oldu. Ucuz otellər və ucuz yeməklər dünyanın hər yerindən turistlərin Uelsin mərkəzi Kardifə axın etməsinə səbəb oldu.

Həmin vaxtlar Kardifdə qiymətlər çox aşağı idi. Məsələn, ailəvi turistlərin qalması üçün nəzərdə tutulmuş xüsusi zonada yerləşən otel şəraitli və hər cür mənzil şəraitinə malik iki otaqlı evin sutkası 30 funta verilirdi. Həmin vaxt London metrosunda 1 gedişin qiyməti 5 funta bərabər idi. Minimum maaşın 1100 funt olduğu bir ölkə üçün bu, həddindən aşağı qiymət idi. Kardif restoranlarında 5-7 funta nahar etmək mümkün idi. Məhz qiymətlərin ucuzluğu dünyanın hər yerindən turistləri Uelsə cəlb edirdi.
Azərbaycanda isə vəziyyət tam tərsinədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələn turistlər ildən ilə azalır. Əgər 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Amma bu illər ərzində xaricə gedənlərin sayı iki dəfə artıb. 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turist getmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb.

Ölkəyə gələn turistlərin ölkələr üzrə təsnifatı göstərir ki, gələn turistlər Azərbaycan mətbəxi ilə yaxın tanış olan ölkələri təmsil edirlər – 2014-cü ildə gəlmiş 10 min 657 turistin 4 min 192-si rusiyalı, 4 min 174-ü isə türkiyəli olub. Azərbaycana gələn turistlər əsasən kabab və plov kimi ənənəvi yeməklərin dadına baxmağa gəlirlər. Buna görə də turist sayının ildən ilə azalması başqa amillərlə yanaşı restoran biznesindəki vəziyyətlə də bağlıdır. Azərbaycan restoranları əsasən ortadan yuxarı vəziyətli ailələr üçün xidmət göstərir.

Turizm sektorunda fəaliyyət göstərən iş adamı Ruslan Quliyev turistlərin yollayış əsasında qidalandıqları restoranlarda qiymətin elə də baha olmadığını bildirir. «Xarici turistlərə yollayışdan asılı olaraq iki və ya üç dəfə yemək verilir. Biz restoranlara nahara görə 5-7 manat, axşam yeməyinə görə isə 12-15 manat ödəyirik. Buna görə turistlərin yeməkdən elə bir narazılığı olmur. Ola bilsin ki, turistlər sərbəst şəhər çıxanda rastlaşdıqları qiymətdən narazı qalırlar»,- deyə Ruslan Quliyev ANS PRESS-ə bildirib.

Türkiyədəki Quş adası zonasının təcrübəsi göstərir ki, xarici turistlər məhz yollayışdan kənar qiymətlərə fikir verirlər. 1990-cı illərin əvvəlində zona xarici turistlər üçün açılan il böyük turist axını yaşandı. İaşə müəssisələri qiyməti qaldırdı, həmin vaxt Antalyada pivənin bokalı 1 dollara verildiyi halda, Quş adasında 5 dollardan satıldı. Ticarət sektoru böyük pullar qazandı. Amma növbəti il turist heç gəlmədi və artıq 20 ildən artıqdır ki, zonayə turist axını bərpa edilmir.

Azərbaycan da bu məqamı nəzərdən qaçırmamalıdır. Böhran illərində bütün ölkələri xilas turist axınını bərpa etmək üçün məsələyə kompleks yanaşılmalıdır. Ucuz otellərlə yanaşı, ucuz milli yeməklər təqdim edən restoran şəbəkələri də yaradılmalıdır. Bu, xarici turistlərlə yanaşı orta və nisbətən aşağı imkanlı təbəqələri müştəri sırasına qata bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar