Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Torbyorn Yaqlanda sərt etiraz


“Anti-Azərbaycan qüvvələrini öz çirkin oyunlarına son qoymağa çağırırıq...”; Novella Cəfəroğlu: “Gərək baş katibə işçi qrupun fəaliyyəti barədə məlumatlar verəydik”


Xəbər verildiyi kimi, Avropa Şurasının İnsan haqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxdığı barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın mətbuat katibi bəyanat yayıb. Bəyanatın mətnində deyilir ki, Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.

2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib. Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib. Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqda həyəcan doğuran məlumatlar alır. Bəyanatda sonra deyilir ki, bununla əlaqədar baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib.

İşçi qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında Yaqlandın bəyanatından təəccübləndiyini bildirdi: “Ona görə ki, əslində Avropa Şurası heç vaxt Azərbaycanda yaradılmış İnsan haqları üzrə birgə işçi qrupun üzvü olmayıb. Sadəcə olaraq, Avropa Şurasının nümayəndəsi qrupun iclaslarında müşahidəçi qismində iştirak edirdi”.
Cəfəroğlu xatırlatdı ki, birgə işçi qrup Avropa Şurası ilə əməkdaşlıqdan əvvəl də fəaliyyət göstərib: “İşçi qrup həm Prezident Administrasiyası, həm prokurorluqla danışıqlar aparır, işlər görülür. Mən hesab edirəm ki, işçi qrupun fəaliyyətini dayandırmaq olmaz. Əgər bir sadə vətəndaşa köməklik göstərilirsə, bu təqdirəlayiqdir. İşçi qrupda olanlar təcrübəli hüquq müdafiəçiləridir. Bir il ərzində 50 nəfərin işinə təzədən baxılmasına nail olunub. İşçi qrupun fəaliyyəti nəticəsində bir neçə nəfər həbsdən azad edilib, bir neçəsinin cəzası azaldılıb, evindən qanunsuz çıxarılanlar evinə qaytarılıb. İkincisi, biz bu qrupda Yaqlanda və ya Avropa Şurasına görə deyil, Azərbaycan vətəndaşlarına lazım olanda dəstək olmağa görə varıq. Hesab edirəm ki, işçi qrup bu müddətdə özünü doğruldub. Biz gərək Avropa Şurasının baş katibinə işçi qrupun fəaliyyəti barədə məlumatlar verəydik. Bu zaman o, başqa fikirdə olardı. Biz vaxt tapsaq Strasburqa gedib Yaqlandla görüşəcəyik”.

Hüquq müdafiəçisi onu da bildirdi ki, sanki Avropada bəzi qüvvələr Azərbaycana hər vasitə ilə təzyiq eləmək yolunu tutublar və Yaqlandın məlum bəyanatı da bunun üçündür.

Dünən İnsan haqları üzrə işçi qrupu təcili bəyanat yayaraq Avropa Şurasının baş katibi Yaqlandın bəyanatındakı fikirlərin əsassız olduğunu bildirib: “2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb. Lakin anti-Azərbaycan qüvvələri o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərib. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olub - baxmayaraq ki, qrupun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilib.

2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib və Azərbaycan prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq verib.
Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirib. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə edib və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlayıb. 

Bundan əlavə, birgə İşçi Qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunub, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilib. Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad olunub, 1 nəfərin cəza müddəti azaldılıb. Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib. Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər".

Bəyanatda işçi qrupunun üzvləri onu da bildiriblər beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir: “İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar