Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Monqolustana birbaşa aviareys açılacaq

14-15 iyun tarixlərində Ulan-Bator şəhərində Azərbaycan ilə Monqolustanın aviasiya administrasiyaları arasında danışıqlar keçirilib


Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından xəbər veriblər.

Dostluq şəraitində aparılmış danışıqların gedişində tərəflər "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırıblar. İki ölkənin mülki aviasiya nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycan Respublikası ilə Monqolustan arasında müntəzəm uçuşların yerinə yetirilməsinin perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri danışıqların nəticəsi olaraq ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas kimi götürüləcək müvafiq Protokolu imzalayıblar.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının mülki aviasiya nümayəndə heyəti Ulan-Bator beynəlxalq hava limanının fəaliyyəti ilə tanış olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar