Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan İsrailə fındıq göndərəcəkdi - 8 il həbs cəzası aldı


Bakıda İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqdirləndirilən şəxsin məhkəməsi başa çatıb


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasov Natiq Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən N.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş Rafael Həsənov ifadə bildirib ki, N.Abbasov xaricdən maşın və maşın şüşəsi gətirmək adı ilə ondan əvvəl 7500 avro, daha sonra 1000 manat pul alıb.

O deyib ki, pulundan heç nə qaytarılmayıb: “Mənə həmin puldan heç nə qaytarmadı. Sonra məni Gürcüstana çağırdı, orada telefonumu açmadı. 20 gün Tiflisdə məni saxladı, buna görə də ürək xəstəsi olmuşam”.

N.Abbasov R.Həsənov epizodu üzrə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: “Rafael pulu Elgizdən alıb. Gələn mənə “atıb”. Hətta vəkilim də mənə 1000 manat pul “atıb”. Bəs mən sözümü kimə deyim?”.

Qeyd edək ki, Natiq Abbasov İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadəyə qarşı dələduzluq etməkdə ittiham edilir.

Məlumata görə R.Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R. Bəşirzadə N. Abbasova İsraildən bank vasitəsi ilə 65 min dollar göndərib, N. Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R.Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini bildirib. Lakin N.Abbasov vədinə əməl etməyib.

Zərərçəkmişin şikayəti əsasında həbs edilən N.Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Bu iş üzrə başqa zərərçəkmiş şəxslər də var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar