Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan İrəvana sərt cavab


İşğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin bariz ifadəsidir


PİA.AZ-ın ans press-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 31 mart tarixində “La Francophonie” təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sözlərini şərh edərkən deyib.

O, qeyd edib ki, çox nadir bir hal olsa da, “soyqırımlar erasının bitmədiyini” iddia edən Ermənistanın xarici işlər naziri ilə razılaşmaq olar: "Erməni daşnak və bolşevik qüvvələri tərəfindən 1918-ci ilin martında Bakı, Şamaxı, Quba və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırım əməllərinə baxmayaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım və qanlı etnik təmizləmə siyasəti daha dəhşətli formada XX əsrin sonunda Ermənistan ərazisində - azərbaycanlıların öz tarixi torpaqlarında və işğal edilmiş Azərbaycan ərazilərində davam etdirilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü beynəlxalq auditoriya qarşısında “soyqırım” mövzusunu yenə də siyasi möhtəkirlik obyektinə çevirən Ermənistanın xarici işlərinin azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin qanlı mart hadisələrinə və işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım əməllərinə qiymət verməsi və ölkəsinin məsuliyyətini etiraf etməsi daha ciddi davranış olardı".

H.Hacıyev bildirib ki, bu kimi soyqırım əməllərinin törədilməsinə görə bilavasitə məsuliyyət daşıyan dövlət olan Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasında soyqırımın qarşısının alınması adlı qətnamənin təşəbbüskarı roluna iddia etməsi beynəlxalq ictimaiyyətə və beynəlxalq təsisatlara qarşı hörmətsizliyin nümunəsidir.

XİN rəsmisinin sözlərinə görə, münaqişənin həllindən danışan Ermənistan xarici işlər nazirinin ölkəsinin böyük sülh sazişi üzrə işə başlamaqdan imtina etməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də tələb etdiyi kimi, Ermənistanın öz işğalçı qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmamasına, itkin düşmüş şəxslərin taleyi barədə məlumat mübadiləsinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmaslara imkan verməməsinə aydınlıq gətirməsi daha düzgün olardı.

O deyib ki, Ermənistan xarici işlər naziri hər bir fürsətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə barədə çağırışlarını təhrif edilmiş formada təqdim etməyə çalışır: "Birincisi, ardıcıllıq bu formada olsa da, yəni güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə, Nalbandyan tərəfindən diplomatik və siyasi etikadan kənar formada xalqların öz müqəddəratını təyin etmə ərazi bütövlüyündən əvvəl təqdim olunur. E.Nalbandyana xatırlatmaq istərdik ki, prinsiplərin bu formada ardıcıllığı Helsinki Yekun Sənədindən irəli gəlir, bu ardıcıllıq əsnasında Helsinki sənədində ərazi bütövlüyünün prioritetliyi ön sıraya çəkilir və xalqların öz müqəddəratını təyin etmə prinsipinin ərazi bütövlüyünə uyğun şəkildə ifadə olunması təsbit olunur. Ümumiyyətlə, xalqların öz müqəddəratını təyin etmə prinsipinə gəldikdə isə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər".

H.Hacıyev bildirib ki, güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir: "Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin bariz ifadəsi olaraq, regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir".

XİN rəsmisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar