Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Ermənistana sərt xəbərdarlıq


Azərbaycan XİN: “Təmas xəttində yaşanan son vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür; işğalçı Ermənistan qoşunları Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır!”


“Xarici İşlər Nazirli tərəfindən 22 iyul tarixində kütləvi informasiya vasitələrinə verilmiş açıqlamada qeyd olunduğu kimi nazir Elmar Məmmədyarov 22 iyulda Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə  məlum prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib”. Xarici İşlər Nazirliyinin (XİN) şöbə müdiri Hikmət Hacıyev Musavat.com-un Qarabağ danışıqlarının son durumu barədə sorğusunu cavablandırarkən belə deyib. 
 
Xatırladaq ki, XİN başçılarının həmsədrlərlə görüşündə nəinki prezidentlərin, hətta nazirlər səviyyəsində belə görüşlərin razılaşdırılması mümkün olmayıb. H.Hacıyev rəsmi Bakının məsələ ilə bağlı mövqeyini aşağıdakı kimi izah edib: “Azərbaycan Respublikası münaqişənin tezliklə həll edilməsində ən maraqlı tərəf kimi “görüş naminə görüş”lərin keçirilməsindən kənar olaraq, mahiyyət üzrə və konkret əsasda danışıqların aparılmasının tərəfdarıdır. Hesab edirik ki, mövcud vəziyyətdə Hərtərəfli sülh sazişi üzrə real və substantiv addımlar atılmalıdır. 

Təəssüflər olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyinə sadiq olaraq, “görüş imitasiyası” pərdəsi altında öz işğalçı və təcavüzkar siyasətini davam etdirmək məqsədini güdür və danışıqların gedişinə xələl gətirir”. XİN rəsmisi İrəvana xəbərdarlıq da edib: “Azərbaycan Respublikasının ərazisini işğal etmiş təcavüzkar dövlət kimi qoşunların təmas xəttində yaşanan son vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Münaqişənin tezliklə həll edilməsi üçün işğalçı Ermənistan qoşunları Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd olunduğu kimi dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır! İşğalçı Ermənistan qoşunlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılması özlüyündə ən müqabil etimad quruculuğu tədbiridir”.   
 
Kəlbəcərdə girov götürülən iki, qətlə yetirilən bir azərbaycanlı ilə bağlı hansı işlərin görüldüyü barədə sualın cavabında XİN rəsmisi deyib ki, məsələ Azərbaycan Respublikasının rəhbərliyinin şəxsən diqqətindədir: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən bu xüsusda lazımı tədbirlər görülür və mütəmadi əsasda ictimaiyyətə məlumat verilir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar