Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı məşhur klinikada kütləvi ixtisar - Siyahı

Xəbər verildiyi kimi Bakıdakı "Grand Hospital” klinikası adını dəyişərək "Ege Hospital” adı altında fəaliyyətini davam etdirir


Rebrendinqdən sonra xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulub.

 Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət edib. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını deyib, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham edib.
 
Bildirilir ki, bu günlərdə xəstəxananın yeni rəhbərliyi tibb müəssisəsi "Grand Hospital” adı altında fəaliyyət göstərdiyi dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyib. Mənbə qeyd edib ki, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.


Namiq İsmayılov
 
Rasim Məhərrəmov
 
Şahin Manafov
 
Pərviz Aslanov
 
Tələt Şəfiyev
 
Röyal Hacıməmmədov
 
Könül Mahmudova
 
Afaq Qəhrəmanova
 
Zərifə Hacıbəyli
 
Ramil Abdulov
 
Teymur Məmmədov
 
Zərdan Bəylərov
 
Arzu Hüseynov
 
Seymur Musayev
 
Günay Əhədova
 
Lalə Alıcan
 
Arzu Eyyubova
 
Əlkəbər Həmidov
 
Əlizamin Sadıqov
 
Günay Ağazadə
 
İlahə Həsənli
 
Samirə Hüseynova
 
Munisə Quliyeva
 
Lamiyə Əzimzadə
 
Emin Qurbanov
 
Turan Musayeva
 
Onu da qeyd edək ki, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, keçən həftənin şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.
 
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.
 
Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub. Daha əvvəl işdən çıxarılan həkimlər bunlardır:
 
 
Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul Ömərov
 
Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.
 
Hazırda klinikada gərgin vəziyyət hökm sürür. (Bakupost) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar