Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı hotellərin qiymətləri ucuzlaşdı


"Bakıda hər il Novruz bayramı ərəfəsində hotellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar"


Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl hotellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: "Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, hotellər qiymətlərini endirdilər".

Hotellərin hazırkı qiymətlərini normal sayan N.Bağırov bu ucuzlaşmanın Bakıdakı bütün hotellərdə tətbiq edildiyini söyləyib.

N.Bağırov qeyd edib ki, dünya praktikasına görə, adətən, Yeni il bayramı və digər bayram günlərində bütün ölkələrdə, böyük miqyaslı beynəlxalq tədbirlər keçirilən zaman həmin tədbirin keçirildiyi ölkədəki hotellər qiymətlərini qaldırırlar: "Ötən il Novruz bayramı günlərində Azərbaycana çox sayda turist gəlmişdi. Ona görə də hotellər Novruz bayramı ərəfəsində qiymətlərini qaldırmışdılar. Lakin bu il təxminən 10-15 gün əvvəl hotellər qiymətlərini normal qiymətə salıblar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar