Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Barselona”nın oyununa görə qətl törədildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 36 yaşlı Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S.Nəhmətova hökm oxunub. Hökmə görə, Sadiq Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Nəhmətov məhkəməyə verdiyi ifadısində Zahir Hacıağayevi öldürmək niyyəti olmadığını deyib: “Evə gələndə gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşu Gülbəniz televizoru Zahirin apardığını dedi. Zahir əvvəl də məndən televizoru istəmişdi, amma verməmişdim. İkimiz də futbol azarkeşi idik, bir yerdə oturub baxırdıq. Həmin gün də "Barcelona"nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Sonra öyrəndim ki, televizoru kiməsə satıb. Bıçaq götürüb məhləyə düşdüm. Zahir Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum, televizoru satdığını boynuna almadı. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm".

İttihama görə, 2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində S.Nehmətov tanışı, 52 yaşlı Zahir Hacıağayevi bıçaqlayaraq öldürüb. Z.Hacıağayev əvvəllər məhkum edilib, tüfeyli həyat tərzi sürüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar