Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb


Hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib


İki küçənin kəsişməsində “Jeep”, VAZ-2107 və iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, ora qəza zamanı xəsarət alan iki nəfər aparılıb. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.
 
İlkin məlumata görə, qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.
 
Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov APA-ya açıqlamasında deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar