Bakıda yük maşını 14 yaşlı məktəblini vurub
Hadisə Hövsan Bağlar massivində qeydə alınıb. “KamAZ” markalı yük maşını Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürlü Fatimə Sakit qızını vurub.
Nəticədə F. Şükürlü ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
pia.az