Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bakıda yol qəzası: bir ailənin 3 üzvü ölüb


Qəza nəticəsində ata, ana və övlad dünyasını dəyişib


Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

pia.az
Etiket:
loading...