Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yol polisi sürücüyə əsəbiləşdi və... - Foto


Paytaxtda yol polisinin sürücüyə qarşı davranışı yəqin bu mətni oxuyanları da dəhşətə gətirəcək


2014-cü ildə Azərbaycanda yol polisi sürücünün əmlakını "uff" demədən para-para edir. Buna görə də heç bir etirazla qarşılaşmır. Görüntülər milli.az-ın əməkdaşının avtomobilindəki video-registratora düşüb.

Hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər.

Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.

Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı?

Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar