Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni yol istifadəyə verildi


Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb


PİA.AZ “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib.

İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb. Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması işləri aparılıb. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı da düzülüb. 

Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar