Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto


Dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, hələ də Bakı küçələrində sərbəst hərəkət edən nömrəsiz “Oka” avtomobillərinə rast gəlinir. Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə dövlət qarşısında xidmətlərinə görə paylanan bu maşınlara nömrə vurmadan yollarda sərbəst idarə edirlər


Növbəti belə avtomobili əməkdaşımız mayın 24-də Heydər Əliyev prospektində müşahidə edib. Yüksək sürətlə hərəkət edən avtomobil DYP əməkdaşlarına əhəmiyyət vermədən rahatca hərəkət edir.

Əslində, qanunvericiliyə görə, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, onlara nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Virtualaz.org dəfələrlə bu mövzunu işıqlandırıb, DYP rəsmilərinin mövqeyini öyrənib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla mübarizə aparır və qanunu pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar: “Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur”.



Qanunvericiliyə görə, əgər hər hansı avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar