Bakıda yaşayış binasında yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.