Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yarımtikili binadan ev almaq neçəyədir?


Mənzil alarkən pula qənaət etməyin müxtəlif yolları var


Bunlardan biri tikintisi başa çatmamış binalardan mənzil almaqdır. Elə paytaxtda bir çox vətəndaş da puluna bu yolla qənaət edir və belə vətəndaşların sayı kifayət qədərdir. Ancaq ekspertlər bu yolun riskli olduğunu deyirlər.

Xəzər TV xəbər verir ki, paytaxtda yarımtikili binadan mənzil almaq istəyənlərin sayı çoxalıb. Ekspertlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə tikintisi davam edən binalardan mənzil alanların sayında 30 faiz artım var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu tendensiyanın yaranmasının əsas səbəblərindən biri belə mənzillərin qiymətinin hazır mənzillərlə müqayisədə ucuz olmasıdır. Bəzi vətəndaşlar belə binadan mənzil alıb daha aşağı qiymətə, öz imkanlarına uyğun şəkildə təmir etməyə üstünlük verirlər

Araşdırmalara əsasən, hazırda yarımtikili binalar daha çox paytaxtın Nəsimi, Xətai, Səbail və Nərimanov rayonlarında yerləşir. Ən ucuz belə mənzillər Səbail rayonunda satilir. Belə ki, Bayıl qəsəbəsi ərazisində 9-10 mərtəbə səviyyəsində tikilən binadan ev sifarişi hazirda kv.m üzrə 1000-1400 manat təskil edir. Yarımtikili binalar üzrə ən baha evlər xətai rayonunda təklif edilir. Burada 4-5 mərtəbə tikilən binada mənzillərin qiyməti kv.m üzrə 1350-1800 manat arasında dəyişir.

Ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət məsələsinə görə vətəndaşlar şirnikləşsələr də, tikintisi davam edən binadan mənzil almağın riskləri var.

Ona görə də vətəndaşlar mənzil alarkən risk amilini nəzərə alsalar yaxşıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar