Bakıda evlərin birindən silah və sursat aşkarlanıb
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş “Marqolin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.
Hazırda həmin silahların hansı yolla əldə olunduğu və nə məqsədlə saxlanıldığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
pia.az