Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda xəstəxanada uşaq doğuş zamanı travma alıb


Körpənin valideynləri həkimləri, həkimlər isə valideynləri ittiham edir


Avqustun 29-u dünyaya gələn uşaq doğuş zamanı travma alıb.

Bu haqda ans press-ə körpənin valideynləri məlumat verib. Onların sözlərinə görə, uşağın anası Kosayeva İlkanə avqustun 28-də 3 saylı Suraxanı rayon doğum evinə yerləşdirilib. Avqustun 29-da isə onun körpəsi dünyaya gəlib. 

Uşağın atası bildirir ki, həkimlər doğuşun normal keçdiyini, ana ilə uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər. Lakin ailə üzvləri uşağın vəziyyətinin heç də yaxşı olmadığını müşahidə ediblər.

Valideynlərin sözlərinə görə, doğuş zamanı həkim səhlənkarlığı nəticəsində uşaq başından zədə alıb. Körpənin atası İlkin həyat yoldaşının müntəzəm olaraq muayinədən keçdiyini və onun sağlamığı ilə bağlı heç bir narahatçılığı olmadığını deyib. 

Məsələni şərh edən Suraxanı rayonu 3 saylı doğum evinin ginekoloqu Sevda Abdulova isə ananın təbii yolla uşaq dünyaya gətirməsinin mümkünsüz olduğunu deyib. "Bu barədə xəstənin yaxınlarına məlumat verdik, lakin son anda onlar həkimin təklifi olan qeysəriyyə əməliyyatına razı olasalar da artıq bunu etmək gec idi. Uşaq travma ilə doğuldu". 

Həkimin sözlərinə görə bundan sonra xəstənin yaxınları xəstəxanada problem yaradaraq asayişi pozduqlarına görə, sentyabrın 3-ü xəstəxana tərəfindən polisə şikayət ərizəsi təqdim olunub.

Hazırda körpə Hüseyn Kosayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsindədir. Körpəni müayinə edən uşaq həkimi Tahirova Sevda ANS PRESS-ə açıqlamasında onun vəziyyətinin hazırda stabil-ağır olduğunu bildirib. 

Məsələ ilə bağlı Kosayevlər ailəsi Səhiyyə Nazirliyinə şikayət ərizəsi ünvanlayıblar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar