Bakıda qətl törədilib
Milli.Az DİN-ə istinadən xəbər verir ki, yanvarın 14-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birində usta işləyənlər - Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevə bıçaqla xəsarət yetirib. S.Hacıyev hadisə yerində ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov tutulub.
pia.az