Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda üç qapılı avtobuslar ləğv olunur - Video


İri tutumlu bu avtobusar paytaxtdakı tıxacların yaranmasında az rol oynamır


Artıq paytaxtda iri tutumlu, üç qapılı avtobuslar ləğv ediləcək.

İctimai nəqliyyat təyinatlı sərnişin avtobuslarının əksəriyyəti dəyişir. Bu isə əsasən istismar müddətini başa vurmuş və ya fəaliyyətdə olarkən sıradan çıxmış avtobulara şamil edilir.

Yəni tez-tez paytaxtda rastlaşdığımız sərnişin yükünə tab gətirməyən üç qapılı iri tutumlu avtobusların fəaliyyətinə son qoyulur. Bu kimi avtobuslar tez sıradan çıxdığından onları yalnız orta tutuml avtobuslar əvəzləyəcək.

Nəqliyyat nazirliyinin rəsmisi Namiq Həsənovun dediyinə görə, bu addım məhz ona görə atılır ki, sərnişin təhlükəsizliyi təmin edilsin. Eyni zamanda yarana biləcək tıxacın qarşısı alınsın. Belə ki, iri tutumlu bu avtobusar paytaxtdakı tıxacların yaranmasında az rol oynamırdı. Artıq bu əvəzlənmə işlərinə başalnılıb.

İlk olaraq 14 saylı üç qapılı iri tutumlu avtobusları orta tutumlu nəqliyyat vasitələri əvəz edib. Bu dəyişiklik həm də 88 saylı marşut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarına da şamil ediləcək.

“Məslə burasındadır ki, bu cür avtobusların təhlükəsizlik yastığı tez bir zamanda sıradan çıxır. Belə ki, insanlar avtobusun salonuna daxil olarkə avtobus sağa doğru əyilirlər. Hər halda bu istiqamətdə yoxlamalar davam etdirilir. Üç qapılı avtobuslardan standartlara cavab verməyən, eləcə də təhlükəsizlik qaydaları pozulursa, onlar da istismardan çıxarılacaq", - deyəNamiq Həsənov bildirib.

Bundan başqa nazirlik rəsmisi onu da əlavə etdi ki, üç qapılı avtobusları əvəz edəcək yeni avtobusların vaxt intervalı 5 dəqiqədən 2 dəqiqəyə endiriləcək.

Bununla da mənzil başına tez çatmaq istəyən sərnişinlərin rahatlığı da təmin edilmiş olacaq.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar