Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda türkləri qaniçən kimi təqdim edən film göstərilir


Fazil Mustafa: “Necə ola bilər ki, Fateh Sultan Mehmet kimi nəhəng sərkərdəni aşağılayırlar və biz də buna reaksiya vermirik?”


Oktyabrın 9-da Bakıda premyerası keçirilən və hazırda paytaxtın bütün kino mərkəzlərində nümayiş etdirilən “Drakula: Başlanğıc” filmində türk milləti aşağılanır, təhqir olunur.

Bu baxımdan film qardaş Türkiyədə etirazla qarşılanıb. Belə ki, kinoda türklər vəhşi, qəddar, qadın və uşaq qatili olan bir millət kimi təqdim olunur.

Türkiyə mediasında , “Drakula: Başlanğıc” filmi əleyhinə kampaniya başladılıb və filmin qadağan edilməsi tələb edilir.

Milliyyet.com saytında verilən xəbərdə deyilir ki, "Drakula: Başlanğıc" filmində Drakulanın Fatih Sultan Mehmetə qarşı döyüşməsi diqqət çəkir. Drakula ilə osmanlıların qarşı-qarşıya gəldiyi filmdə Fatih Sultan Mehmeti Dominic Cooper canlandırır. "Bəzən dünyanın başqa bir qəhrəmana ehtiyacı yoxdur, bəzən ehtiyacı olan şey bir canavardır" cümləsi ilə başlayan filmdə, Qraf Drakula vəhşi, mərhəmətsiz, qadın və uşaq qatili bir millət olaraq göstərilən türklərə qarşı döyüşür.

“Haber Hürriyyeti” saytının verdiyi xəbərdə qeyd edilir ki, “Drakula” filmi Osmanlı tarixini təhrif və təhqir edir.

Türkləri aşağılayan səhnələrə və İstanbulun fatehi, Fateh Sultan Mehmetin Drakula tərəfindən öldürülməsinə dözə bilməyən türk tamaşaçılar filmə etiraz edərək kinoteatrı hətta tərk ediblər.

Bəs görəsən, Azərbaycanda və xüsusən də paytaxt Bakının kinoteatrlarında bu film tamaşaçıların etirazına səbəb olubmu? Ümumiyyətlə, kinoteatr rəhbərlərinin və seyrçilərin filmin əsl mahiyyətindən xəbəri varmı?

Bu suallara cavab tapmaq üçün paytaxtın bir neçə tanınmış kino mərkəzi ilə əlaqə saxladıq.

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirdi ki, onlar bir neçə gündür ki, filmi nümayiş etdirilər və bir ekran əsəri olaraq tamaşaçılar tərəfindən maraqla qarşılanır: “Biz mütəmadi olaraq yeni filmlərin nümayişini həyata keçiririk və bu film də onlardan biridir. İnsanlar filmə maraqla baxırlar və hələ ki, tamaşaçılardan filmdə türk xalqının təhqir olunması ilə bağlı hər hansı şikayət almamışıq, heç bir etiraz müşahidə etməmişik. Əgər belə olsa idi, bu haqda fikirləşərdik”.

Mövzu ilə bağlı münasibətini bildirən deputat Fazil Mustafa qeyd etdi ki, əgər bu film məqsədyönlü şəkildə türkləri aşağılayırsa, qəddar, qaniçən kimi təqdim edirsə bunun nümayiş etdirilməsi düzgün deyil: “Biz də türk millətinin nümayəndəsiyik və tariximizə sahib çıxmalıyıq. İstanbulu fəth edən bir sultanın filmdə təhqir olunması bizi də maraqlandırmalıdır. Kinoteatrlara gəlincə, onlara ermənilərin törətdiyi vəhşiliyi humanizm kimi, azərbaycanlıları da orada vəhşi kimi göstərən film də təqdim etsələr onu da yayımlayacaqlar. Kinoteatrların rəhbərləri də azərbaycanlıdır və onlar da biznes maraqlarından əlavə həm də təəssübkeş olmalıdırlar. Əgər film məqsədyönlü şəkildə türk millətini dünyaya qatil kimi təqdim edirsə və biz də bunu yayımlayırıqsa, bu heç bir məntiqə sığmır. Necə ola bilər ki, Fateh Sultan Mehmet kimi nəhəng bir sərkərdəni aşağılayırlar və biz də buna reaksiya vermirik?”

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva isə kino mərkəzlərinin özəl biznes qurumları olduğunu və nazirliyin onlara müdaxilə imkanının olmadığını bildirdi: “Biz bu barədə monitorinq apardıq və məlum oldu ki, film Türkiyə telekanallarında da nümayiş olunur. Bizim mövqeyimiz odur ki, türk xalqının maraqlarına zidd olan heç bir film yayımlanmamalıdır. Ancaq kino mərkəzləri biznes qurumlarıdır və onlar filmləri alıb yayıma buraxırlar. Bu biznes münasibətləridir və biz ona müdaxilə edə bilmərik. Yalnız tövsiyə verə bilərik və hələ ki, belə bir addım atmamışıq”

Qeyd edək ki, 2012-ci ildə türkiyəli rejissorların çəkdiyi “Fetih 1453” filmi xristian mədəniyyətinə qarşı olduğu üçün bir çox Avropa dövlətlərində yayımı qadağan edilmişdi. Almaniyada bu filmin 16 yaşından kiçik uşaqlar tərəfindən izlənməsinə qadağa qoyulmuşdu. Bəs, görəsən türk dövlətləri adekvat addım ataraq dünya miqyasında türk xalqını vəhşi və qaniçən kimi tanıdan “Drakula” filminə etiraz edəcəkmi? (musavat.com).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar