Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda torpaq bahalaşdı

2017-ci ilin dekabr ayında paytaxtın torpaq və kommersiya obyektləri bazarındakı qiymətlərdə artım müşahidə edilib


Bunu  "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. Lakin illik müqayisədə qiymətlərdə azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.

Ekspert qeyd edib ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.(Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar