Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda təmirə bağlanan iki mərkəzi küçə açılır



Bakıda təmirdən sonra iki küçə sürücülərin ixtiyarına verilir


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir.

Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bundan əlavə küçənin Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.

Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində də köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.

Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Qeyd edək ki, hər iki küçənin uzunluğu 550 metr, eni isə 9,5 metrdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar