Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tələbənin dəhşətli taleyi - Futbola baxandan sonra öldü


Bakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb


Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.
 
Bildirilir ki, dünən gecə saatlarında ailə üzvləri yatandan sonra Tural televizorda futbola baxmaqda davam edib. Təxminən bir saat sonra o, duş almaq üçün hamama keçib. Bu gün səhər satlarında valideynləri onun evdə olmadığını, yatağının açılmadığını görüblər. Daha sonra hamamın qapısının arxadan bağlı olduğunu görən Turalın ailə üzvləri vəziyyəti başa düşüb.
 
Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinin 4-cü kurs tələbəsi olub. Fakültədən Lent.az-a bildirilib ki, 20 yaşlı tələbə yaxşı və əla qiymətlərlə oxuyurmuş. Yüksək balla universitetə qəbul olunan Tural dövlət hesabına təhsil alırmış və fakültədə sakit təbiətli və tərbiyəli tələbə kimi tanınıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar