Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi sürücüsü jurnalist xanıma hücum çəkdi


Azərbaycanın əməkdar jurnalisti, "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru Tatyana Çaladze hücuma məruz qalıb


Virtualaz.org vesti.az-a istinadən bildirir ki, hadisə sentyabrın 26-dan 27-ə keçən gecə baş verib. Jurnalistin dediyinə görə, Bakıdakı "London taksisi"nin sürücüsü ona hücum edib: 

""Nizami" kinoteatrının qarşısındakı redaksiyamızdan çıxırdım. Taksi saxlayıb ünvanımı söylədim. Evə çatanda taksi sürücüsü kobud şəkildə məndən artıq pul tələb etməyə başladı. Həmin məbləğ nə sayğacda göstərilirdi, nə də ki üzərimdə o qədər pul yox idi. Pulu verməkdən imtina edəndə o, sükanı Suraxanı istiqamətinə çevirdi. Yol boyu mənə hədə-qorxu gəlməyə başladı.

Qapıdan çıxmaq mümkünsüz idi. Çünki qapılar bloklanmışdı. Pəncərəni sındırmaq istədim ki, yardım çağırım.

Xoşbəxtlikdən həmin vaxt yanımızdan yol patrul xidməti əməkdaşı keçirdi. Onlar taksinin salonunda nəyinsə qaydasında olmadığını hiss etdilər və sürücüyə dərhal saxlamaq göstərişi verdilər. Mənim izahatımı dinlədikdən sonra hər ikimizi Xətai rayonu, 36-cı polis bölməsinə apardılar. Orada mən ərizə yazdım".

Jurnalist xanım stressli vəziyyətə baxmayaraq, həmin taksinin dölət qeydiyyat nömrəs nişanını da yadda saxlayıb - 90 АТ 022. Xətai rayonu, 36-cı polis bölməsindən isə bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar