Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib


PİA.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu “Mersedes” markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşərək onları NZS qəsəbəsinə aparmağlarını xahiş ediblər. 

Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan “Samsung” markalı mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə  müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar