Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sürüşmə zonaları yenidən aktivləşib

ETSN rəsmisi Əziz Qaralov: “Sürüşmənin olduğu yerlərdə dinamika artıb, aktivləşmə müşahidə olunur”


Qış aylarında, yağışlardan sonra Bakıda sürüşmə zonaları yenidən aktivləşir.  Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.

Masazır ərazisində sürüşmə zonalarında tez-tez aktivləşmə müşahidə olunur. Ötən il sürüşmə zonasında uçan evlər barəsində material hazırlamışdıq. Bu il isə daha çox Gəncə prospekti, Yeni Günəşli ərazisində sürüşmənin aktivləşməsi bildirilir. Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki “Günəşli Yaylası” çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var.

“Yeni Müsavat”ın əməkdaşı olaraq Gəncə prospektində sürüşmə zonasında olub, oradakı ümumi vəziyyətlə maraqlanıb. Öncə qeyd edək ki,  2012-ci ildə bu ərazidə ciddi sürüşmə baş vermişdi. Sürüşmə nəticəsində 65 və 63 saylı yaşayış binaları da uçma təhlükəsi ilə üz-üzə idilər. Binaların yaxınlığında torpaq qabarmaları açıq şəkildə müşahidə olunurdu. Həmin ərəfədə binaların sakinləri narahatlıqlarını bildirib, evlərində qorxudan rahat yata bilmədiklərini söyləyirdilər.

Daha sonra müvafiq qurumların işə qarışması ilə ərazidə ağaclar əkildi, sürüşməyə qarşı müəyyən addımlar atıldı. Yenidən həmin ərazidə olduğumuz zaman müşahidə etdik ki, sürüşmə ərəfəsində çəkilən yollarda çökmələr yaranıb. Yolun bəzi hissəsi uçaraq, torpağa qarışıb. Ərazidə xeyli sayda ağacın əkilməsi isə torpağın təpədən aşağı sürüşməsinin qarşısını müəyyən qədər alıb. Sürüşmə ərazisində hündürmərtəbəli binalar da tikilib ki, bu da əslində qanunla yolverilməzdir.

Söhbət etdiyimiz 65 saylı binanın sakinləri bildirdilər ki, hazırda ciddi torpaq sürüşməsi müşahidə edilmir. Ağaclar əkildikdən sonra torpağın aşağıya doğru sürüşməsinin qarşısı alınıb. Lakin buna baxmayaraq yenə də təhlükə var.

Müşahidə etdik ki, yuxarı qalxmaq üçün sürüşmə ərazisində tikilən pilləkənlərdə də müəyyən çökmələr var.

Onu da qeyd edək ki, ərazidə hələ 1990-cı illərdə sürüşmə baş verib. Belə ki, sakinlərin sözlərinə görə, orada ən güclü sürüşmə 1989-cu ildə baş verib və həmin vaxt sürüşmə o qədər böyük olub ki, Gəncə prospekti 53 saylı binanın birinci mərtəbəsindəki evlər də torpaq qatı ilə örtülüb.  Bunu bildikləri halda isə orada binalar ucaldıb, xeyli sayda şəxsi evlər tikiblər...

Bundan başqa, hazırda Bakıda Televiziya Qülləsinin ətrafında torpaq qatı da sürüşmə baxımından olduqca təhlükəli hesab edilir. Elə ötən ilin dekabr ayında Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə  sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalmışdı.

“Yeni Müsavat”a danışan ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda Bakıda bütün sürüşmə zonalarında aktivlik müşahidə olunur:

“Həm Bayıl ərazisi, Zığ ərazisi, həmçinin də Gəncə prospekti qədim sürüşmə əraziləridir. Mövsümlə əlaqədar olaraq yağıntılar çox yağdığı üçün torpaq doyur, ağırlaşır. Nəticədə isə sürüşmənin olduğu yerlərdə dinamika artır, aktivləşmə müşahidə olunur. İndi də vəziyyət bu cürdür. Günəşli yaylasında olduq və müşahidə etdik ki, tektonik qırılma boyunca olan evlərdə çatlar var. Bu cür çatlar əvvəllər də var idi. Lakin indi bir qədər də genişlənib və nisbətən gözlə görüləcək qədər artıb. Orada ev tikilməsi qadağan olsa da artıq ərazidə evlər tikilib. Massiv tamamilə yüklənib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar