Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sürücünü yumruqlayan qadın polisə verildi - Video

79 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünə qarşı edilən qeyri-etik davranışa görə daşıyıcı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib


Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, sürücülərə qarşı belə hallara yol verilməsi doğru deyil: “Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlara maksimum dərəcədə əməl edilir. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən sürücülərə qarşı bəzi sərnişinlər tərəfindən belə hallara yol verilməsi doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbuledilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda iki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub. Mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu “Xaliq Faiqoğlu” şirkəti hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini açıqlamışdı. “Qafqazinfo”



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar