Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər yaxalandı


Paytaxtda sintetik narkotik vasitələr hazırlayan və gənclər arasında kimyəvi tərkibli narkotik vasitələrin təbliğini aparan şəxslər tutulub


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinifinə aid güclü psixotrop təsirə malik olan “JWH” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayədə yaşadıqları, sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram “JWH” adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin əsasən gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının operativ şəkildə keçirdikləri əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu niyyətlərinin qarşısı alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar