Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir


“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərinin məhdud infrastrukturlu ərazilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradan simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasının əhatə dairəsini genişləndirib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən verilən məlumata görə, “Baktelecom” “LTE” texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.

Məlumatda bildirilib ki, ilkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.

Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

“Baktelecom”un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.

“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.

LTE texnologiyası 100 mb-ə qədər məlumat ötürmə sürətinə malikdir və ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar