Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şirkətə basqın olub


“Gilan Aqro” MMC-yə basqın edənlərdən biri tutulub


Bakıda “Gilan Aqro” MMC-yə basqın edən maskalı şəxslərdən biri saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb.

Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar.

Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub.

Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar