Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şadlıq evlərinə verilən iyrənc ətlər


Bakı şəhər Baytarliq İdarəsinin əməkdaşları Balaxanı qəsəbəsində qanunsuz fəaliyyət göstərən istehsalat müəssisəsi aşkarlayıblar


Tural Rəhimova məxsus olan qanunsuz fəaliyyət göstərən sexdə adi gigiyenik qaydalara belə əməl olunmadığı nəzərdən qaçmır.

Bu sexdə saxlanılan toyuqlar təkrar emal olunaraq, yenidən istifadəyə verilirmiş. Toyuqların saxlanma şəraiti isə heç buir tələbə cavab vermir.

PİA.AZ-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, Respublika Baytarlıq İdarəsinin laboratoriya mütəxəssisləri quş ətindən nümunələr götürüblər, analizlər aparılır. İdarənin əməkdaşları ətləri müsadirə ediblər.

İdarənin rəisi Siyalə Rüstəmova deyib ki, oradan 1,2 ton ət aşkarlanıb: "Bu ətlər sümükdən ayrılır, sahibkarın dediyinə görə, dönərxanalara, iaşə obyektlərinə, şadlıq evlərinə satılır".

İkinci  belə obyekt Abşeron rayonun Quşçu qəsəbəsində Canpolad Eyvazova məxsus evdə aşkarlanıb. Burada antisanitar vəziyyətdə saxlanılan 250 kq-dan artıq  toyuq budu tapılıb. Digər yoxlama isə Bakının Nizami rayonunda aparılıb. Burda isə 300 kiloqramdan çox məhsul götürülüb: "Müayinənin nəticələri sabah günün sonunda bilinəcək. Cərimələrimiz çox aşağı olduğu üçün biz bu cərimələrlə kifayətlənmirik. Yəqin ki, hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Cərimələrin artırılması üçün təklif hazırlamışıq. Biz nəzərdə tutmuşuq ki, bu məbləğ 500-100 manat arasında olsun".

İdarədən bildiriblər ki, bu işlərlə məşğul olan işbazlara qarşı mübarizə bundan sonra da davam etdiriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar