Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda seyfi oğurlayanlar cəzalandırıldı



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətə basqın etməkdə təqsirli bilinən Elnur Məmmədov və Mirəhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə təqsirləndirilən şəxslərin hər birinə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
 
Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakinləri Elnur Məmmədov və Mirəhməd Əhmədov həbs ediliblər. Onlar bu ilin iyulun 3-də Nərimanov rayonu ərazisində yerləşən şirkətlərdən birinin ofisin mühafizəçisi İntiqam Axundova qarşı quldurluq ediblər. Gecə saatlarında ofisə gələn dostlar mühafizəçinin əl-qolunu yapışqan lentlə bağlayıb içərisində 60000 manat və 4180 ABŞ dollar olan dəmir seyfi aparıblar. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Elnur Məmmədovun əvvəllər həmin şirkətin işçisi olduğu üzə çıxıb.

İstintaq müəyyən edib ki, o, köhnə iş yerinin hər bir çıxışına-girişinə bələd olduğundan dostu Mirəhməd Əhmədovla əlbir olub içərisində külli miqdarda pul olan seyfi xəzinədar otağından oğurlayıb. Saxlanılan Elnur Məmmədov bidirib ki, banka borcu olduğundan çıxış yolunu cinayət törətməkdə görüb. Pulu Mirəhməd Əhmədovla aralarında bölsələr də, qalan məbləgi istintaqa təhvil veriblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar