Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda salınmış yeni yollarda sınaq yürüşü keçirilib - Video


Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yasamal rayonu, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələsindədir


Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata görə, Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb.

Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə sınaq yürüşləri keçirilib. Sınaq yürüşlərini “Azəravtoyol" ASC-i və Bakı Nəqliyyat Agentliyi birgə həyata keçirib.

Hərəkətin təşkili və təhlükəsizliyində olan nöqsanları aşkar edib aradan qaldırmaq məqsədi ilə təşkil edilən sınaqlarda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimov, cəmiyyətin və agentliyin mütəxəssisləri, həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ixtisasaşmış beynəlxalq şirkət olan “GEMMS”-in direktoru Panos Protopsaltis də iştirak edib.

Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər əyani şəkildə nəzərdən keçirilib. Beynəlxalq təcrübəyə əsaslanaraq avtonəqliyyat vasitələrinin hərəkəti zamanı yarana biləcək problemlər sınaqda iştirak edən qurumların rəhbərlərinin, yerli və xarici mütəxəssislərinin birgə razılığı ilə aradan qaldırılması istiqamətində göstərişlər verilib.

Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq.

Keçirilən sınaq yürüş zamanı keçmiş “Sovetski” ərazisində yaradılan müasir və beynəlxalq standartlara cavab verən yol infrastrukturunda müxtəlif hissələr üzrə hərəkətin təşkili sxeminə müvafiq dəyişikliklərin edilməsi, yol nişanlarının, işıqforların, digər nizamlayıcı texniki vasitələrin quraşdırılması, ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin dayanacaq yerlərini bildirən üfüqi nişanlanma işlərinin aparılması, küçələr boyu əlil və uşaq arabaları ilə normal hərəkəti təmin etmək üçün pandusların quraşdırılması və sair məsələlər birgə müzakirə olunub, vətəndaşların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan çatışmazlıqların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar