Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı


Paytaxtda tikinti-söküntü qalmaqallarının ardı-arası kəsilmək bilmir. Bu dəfə Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A ünvanındakı 4 bloklu beşmərtəbəli binanın söküntüsü zamanı ərazinin çirkləndirilməsi, tullantıların küçəboyu səpilməsi sakinlərin narazılığına səbəb olub


Virtualaz.org-un redaksiyasına müraciət edən Zahid Xəlilov küçəsinin sakinləri deyirlər ki, söküntü zamanı binadan çıxan tullantılar digər binaların həyətinə yığılır, toz-torpaqdan nəfəs almaq mümkün deyil. Üstəlik, təhlükəsizlik qaydalarına da riayət edilmir. “Bina sökülmədən əvvəl ağacların fotolarını çəkmişik. Yaşıllıqların məhv edilməməsi üçün gecə-gündüz növbə çəkirik”, - sakinlərdən biri deyib.

Bina Nazirlər Kabinetinin qərarı ilə pilot layihəyə düşüb, 56 sakin müvəqqəti kirayəyə köçürülüb. Binanın yerində çoxmərtəbəli yaşayış binası tikiləcək. Sakinlər deyirlər ki, söküntü gecə də davam edir, səs-küydən istirahət edə bilmirlər. Sakinlərdən Yaşar Mahmudov söyləyib ki, dəfələrlə orada işləyən fəhlələrlə mübahisə yaranıb, inşaatçılar onlara 3 növbədə işləməyin tapşırıldığını deyirlər: “Bizim əsas məqsədimiz yaşıllığın qorunmasıdır. Onsuz da hər gün bir göydələn tikilir, sıxlıqdan nə rahat hərəkət edə bilmirik, nə də nəfəs almaq mümkündür. Heç olmasa, ağacları qoruya bilək”.



Yasamal Rayon İcra Hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı isə deyib ki, binanın söküntüsü tamamlanmaq üzrədir, bir mərtəbə qalıb. Müvəqqəti narahatlıqdır, tikintidən sonra ərazi abadlaşdırılacaq, yaşıllıq salınacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə deyiblər ki, sakinlərin şikayəti araşdırılıb. Tozun ətrafa yayılmasına görə vəzifəli şəxs qismində Rafail Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat cərimələnib. “Ərazidə olan ağaclar sayılıb və sahibkar da məlumatlandırılıb. Ərazi nəzarətdədir”, - nazirlikdən əlavə ediblər.

Etiraf edək ki, cərimənin məbləği burada tikilən binada uzağı 2-3 kvadrat metrin qiymətinə bərabərdir və bu cür tədbirlərlə tikinti şirkətlərini qaydalara riayət etməyə məcbur etmək qeyri-mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar