Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda rəfiqəsini boğan lezbiyan qadına hökm oxundu


Hüseynova əlinə keçən corabla Salıyevanı boğub


Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Bakı ş. sakini Sevinc Hüseynovanın (1966-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il martın 29-da Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 6 mənzil 32-də yaşayan rəfiqəsi Yasəmən Salıyevanı (1971-ci il təv.) kapron corabla boğaraq öldürüb və hadisə yerindən qaçıb.

Səhərisi gün Hüseynova könüllü olaraq Binəqədi RPİ 4-cü polis bölməsinə gələrək təslim olub, dərhal sonra istintaq-əməliyyat qrupu deyilən ünvana gedərək, meyiti aşkar ediblər və hadisə yerinin müayinəsini aparıblar. 

Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Salıyevanın ölümünə mexaniki asfiksiya səbəb olub. 

İstintaqın gedişatında dindirilən şahidlərin ifadələrindən mərhumun Qarabağ müharibəsi iştirakçısı olması məlum olub, 3-cü qrup əlil olan Yasəmən fərdi qaydada taksi xidməti ilə məşğul olub.

İş üzrə dindirilən Sevinc Hüseynova bildirib ki, həmin gün o rəfiqəsinin evində olarkən, təxminən axşam saat 23 radələrində aralarında şəxsi münasibətlər zəminində mübahisə başlayıb, ilk olaraq Yasəmən başı ilə onun sifət nahiyəsinə zərbə atıb, Sevinc onu itələdikdə, sonuncu yıxılaraq, başı ilə şkafa dəyib. Sonra Hüseynova əlinə keçən corabla Salıyevanı boğub və etdiyi əməldən qorxaraq, evi tərk edib.  

Məhkəmə prosesində Sevinc Hüseynova ittiham üzrə özünü təqsirli hesab etməklə, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan S.Hüseynova cəzasının azaldılması məqsədi ilə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar