Bakıda quldurluq edən bacı-qardaş saxlanılıb
PİA.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nazim Kərimova qarşı quldurluq edən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
pia.az