Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qız ögey anasını döydü



Kəmalə Hüseynova: "Onun məqsədi məni biabır etməkdir"


Lökbatan qəsəbəsində çətinliyə düşən daha bir ailə var.

PİA.AZ ANS TV-yə istinadən xəbər verir ki, paytaxtın Lökbatan qəsəbəsi, 4-cü massiv, 2-ci keçid, ev 4-də yaşayan Mububət Hüseynova ögey qızından narazıdır. Deyir ki, yoldaşı Kamil Hüseynov dünyasını dəyişəndən sonra onun günü qara olub. Onun sözlərinə görə, ögey qızı Kəmalə Hüseynova gah yaşadığı otağın şüşələrini qırır, gah da otaqda olan ev əşyalarını oğurlayır. 3 ildir ki, bu əzaz-əziyyətə məhkum olub. Dediyinə görə, evi satmaq qərarına gəlib ki, buna da ögey qızı mane olub. Məhkəmənin qərarına əsasən mülk Mububət xanım, onun 5 yaşlı dogma qızı və iki ögey qızı arasında bölünüb. Xanıma isə mənzildən yalnız bir otaq verilib. 5 yaşlı qızı ilə o, həmin bir otaqda yaşayır. Kəmalə xanım isə işdən gələn kimi Mububət xanıma olmazın əziyyət verir. Bununla bağlı ərazi üzrə fəaliyyət göstərən polis bölməsinə müraciət edib.

“Mənə zülm edir ki, uşağı da götürərək evdən çıxım. Hazırda bu vəziyyətdəyəm. Əgər mənim bir balaca sığınacağım olsa, o gün qaçaram. Uşağım da özüm də əziyyət çəkirəm. Bu qədər zülm olmaz. Suyu qonşulardan gətirirəm. Qazı işığı zülümlə çəkmişəm” – deyə şikayətçi Mububət Hüseynova bildirdi.

Müsahibimi dinləyib onun yaşadığı mənzilə baxış keçirdik. Ancaq evdə yaşayan Kəmalə xanıma rast gələ bilmədik. Və onunla telefon əlaqəsi saxlamalı olduq. Ögey qız isə bütün bu deyilənlərin yalan olduğunu bildirdi. Xanımın sözlərinə görə, sadəcə ögey anası ona böhtan atır.

“Onun məqsədi məni biabır etməkdir. Mən isə biabır olan deyiləm. Şəxsi əmlakımı və əşyamı işlədirəm. Buna da haqqım çatır. Eyni zamada heç bir kimsə mənimlə heç nəyin sorğusunu apara bilməz. Öz əşyamı kiminsə qızına, kiminsə xanımına verə bilmərəm” – deyə Kəmalə Hüseynova bildirdi.

Doğrudanmı evdən oğurluq edilməsi və Mububət xanımın döyülməsi faktı qeydə alınıbmı sualını Qaradağ rayon 10-cu polis bölməsindən öyrənməyə çalışdıq. Bölmədən bildirildi ki, bu hadisədə cinayət tərkibi yoxdur. Buna görə də şikayətçi xanım məhkəməyə müraciət etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar