Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qaz borusunun kənarı ilə avtomobil yolu çəkilir


Bakının Xəzər rayonu ərazisində salınan Buzovna-Mərdəkan-Qala yolu Mərdəkan qəsəbəsi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər


Yolun Mərdəkan ərazisindən keçən hissəsi (Polis Akademiyasının yaxınlığı) bütün Abşeronu qazla təmin edən iri qaz borusuna bitişib. 

Hətta yolun bəzi hissələrində təmir üçün olan mişar daşları da borunun üstünə tökülüb.

Bu şikayətlə virtualaz.org-a qəsəbədə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əslində yol borudan aralı çəkilməli olsa da, aidiyyati orqanlar buna heç əhəmiyyət də verməyiblər: “Bu çox dəhşətli və acınacaqlı haldır. Yol diametri 1 metr olan iri qaz borusuna birləşib. Əslində isə belə yollar çəkilən zaman borudan aralı çəkilməlidir, boru ya torpağa basdırılmalı, ya da yuxarı qaldırılaraq aparılmalıdır. Təsəvvür edirsinizmi, əgər yolu keçən maşınlardan biri boruya toxunsa, orada böyük partlayış ola bilər, nə qədər adam ölə bilər?”, - deyə sakinlər bildirirlər.

Mərdəkan sakinləri həmçinin deyirlər ki, əvvəlcə daha enli yolun tikintisi nəzərdə tutulub və boru yoldan kənarda qalmalı idi. Lakin sonradan daha ensiz yol çəkilməyə başlayıblar. Sakinlər yolun düz borunun kənarından heçməsini təxribat hesab edirlər.

Problemi araşdırmaq üçün həmin ərazidə yolun çəkilişi ilə məşğul olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Amma Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli heç bir narahatçılığa əsas olmadığını bildirdi: “O qaz borusu ilə bağlı heç bir problem yoxdur. Narahatlığa da əsas yoxdur. Çünki boru yoldan aralıda qalacaq. Qaz borusuna qədər təxminən 2-3 metr enində yol çiyni olacaq”, - deyə A.Nəcəfli bildirib.

Xatırladaq ki, Buzovna-Mərdəkan-Qala avtomobil yolu 2013-cü ildə salınıb. Ümumi uzunluğu isə 12,4 kilometr olan yol 4 əsas hərəkət zolağından ibarətdir.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar