Bakının Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Rayon ərazisində yolu keçmək istəyən 65 yaşlı qadını minik avtomobili vurub.
Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Sürücü məsuliyyətə cəlb edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (report.az)
pia.az